AZ

Xaçmazda ağır qəza: 4 nəfər yaralandı

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Yaquboba kəndi ərazisindən keçən hissəsində "Daewoo Nexia" markalı avtomobil aşıb. Qəza nəticəsində 4 nəfər Xaçmaz rayonu Yalama kənd sakinləri ağır xəsarətlər alıblar. Onlardan biri azyaşlıdır.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara tibbi yardım göstərilir.

Seçilən
0
9
publika.az

9Mənbələr