AZ

İsgəndərli qol vurdu, komandası rəqibini darmadağın etdi

BAKI, 4 may. TELEQRAF

Futbol üzrə Türkiyə I Liqasında XXXVII turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin heyətində yer aldığı “Boluspor” evdə "Yeni Malatyaspor"u 10:1 hesabı ilə darmadağın edib. İsgəndərli oyuna start heyətdə başlayıb və sona qədər meydanda olub. O, 85-ci dəqiqədə komandasının yeddinci qolunun müəllifi olub.

Azərbaycan yığmasının üzvü Coşqun Diniyevin çıxış etdiyi “Çorum” klubu isə öz meydanında "Şanlıurfaspor”u məğlub -edib - 2:1. Diniyev oyuna 83-cü dəqiqədə daxil olub.

Qeyd edək ki, 37 turdan sonra “Boluspor” 58 xalla 8-ci, “Çorum” isə 54 xalla 10-cu pillədə qərarlaşıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr