Bakı. Trend:
Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"ndaböyüklər yaş kateqoriyasında fərdi proqramda çıxış edən gimnastlarçarpaz qarşılaşmalarda yarışıblar.
Trend xəbər verir ki, finalaitaliyalı Sofia Raffaeli və özbəkistanlı Lola Djuraeva çıxıb.Finalda İtaliya gimnastı qızıl, Özbəkistan gimnastı isə gümüş medalqazanıb.
Bürünc medal uğrunda ukraynalı gimnastlar Taisiia Onofriichuk vəPolina Karika mübarizə aparıb. Bürünc medalın sahibi TaisiiaOnofriichuk olub.