AZ

Putin xələfi barədə daim düşünür

"Xələfim barədə daim düşünürəm".
 
Oxu.Az RBK-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
 
Bununla belə, Kremlin rəhbəri vurğulayıb ki, yekun nəticədə seçimi rusiyalılar edəcəklər:
 
"Fikrimcə, insanların seçimi olmasından ötrü bir neçə namizəd olmalıdır. Həmin adam ölkə vətəndaşlarının etimadını qazanmalıdır. Bu etimad olmasa, onun ciddi nəsə etmək şansı olmayacaq".
 
Qeyd edək ki, V.Putinin prezidentlik müddəti 2030-cu il mayın 7-də başa çatacaq.
Seçilən
0
1
moderator.az

2Mənbələr