AZ

Xaçmazda avtomobil aşıb - Yaralılar var

Xaçmazda avtomobil aşıb, yaralılar var.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Yaquboba kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Daewoo Nexia” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Seçilən
0
2
qafqazinfo.az

3Mənbələr