Xaçmaz rayonu ərazisində, Gəndab-Yalama avtomobil yolunun rayonun Yağuboba kəndindən keçən hissəsində üzü Xudat istiqamətinə hərəkət edən avtomobil aşıb.
Bizim.Media xəbər verir ki, "Toyota" markalı avtomobilin aşması nəticəsində 4 nəfər ağır yaralanıb.
Yaralılardan biri uşaqdır. Xəsarət alanlar Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qəzanın səbəbi araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta