"Bornmut"un mərkəz müdafiəçisi Din Heysen başqa İngiltərə komandasına keçə bilər.
90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən verdiyi məlumata görə, 20 yaşlı futbolçunun xidmətində bir neçə Premyer Liqa təmsilçisi maraqlıdır.
İspan futbolçu üçün Londonun “Tottenhem”, “Mançester Yunayted” və “Çelsi” klubları mübarizə aparacaq.
Transfermarkt portalının ekspertləri futbolçunun bazar dəyərini 42 milyon avro qiymətləndirir.Heysen bu mövsüm "Bornmut"un heyətində 33 matçda meydana çıxıb. Müdafiəçi üç qol vurub, bir məhsuldar ötürmə edib.