AZ

Tramp üçüncü dəfə prezident olmaq istəmir

BAKI, 4 may. TELEQRAF

"Mən cəmi səkkiz il - iki müddət prezident olacağam. Həmişə bunun çox vacib olduğunu düşünmüşəm".

Teleqraf xəbər verir ki, bunu "NBC News"a müsahibəsində ABŞ Prezidenti Donald Tramp bildirib.

O əlavə edib ki, tərəfdarları onu mütəmadi olaraq gələcəkdə üçüncü müddətə namizəd olmağa çağırırlar: "Amma mən bunu etmək niyyətində deyiləm, dörd il işləyəcəm və sonra postumu respublikaçıya təhvil verəcəm”.

Amerika Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək

Seçilən
0
1
teleqraf.com

10Mənbələr