Naxçıvanda yağan güclü yağış nəticəsində bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət yaranıb.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, Şahbuz rayonunun Badamlı qəsəbəsi və Türkeş kənd ərazisində müşahidə olunan güclü yağış bir neçə avtomobil yolunun hərəkət hissəsində məhdudiyyət yaradıb.
Avtomobil yollarında yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə qurumun texnika və canlı qüvvələri səfərbər olunub.
Son Yazılar:
- Naxçıvanda güclü yağış bəzi yollarda problem yaratdı
- AZAL İsrailə uçuşları dayandırıb?
- Şəmkirdə 26 yaşlı Əmrah Məmmədov intihar etdi – yaxınları inana bilmir
Hazırda yollarda təmizləmə işləri davam etdirilir.