Bu gün Azərbaycan 2-ci liqasında 24-cü tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
Turun mərkəzi qarşılaşmasında "Şəfa" lider "Şahdağ Qusar"ı qəbul edib. Çempionluq əhəmiyyətli bu görüşü Bakıdakı “ASK Arena"da minlərlə azarkeş izləyib. Onların sırasında Qusardan gələnlər çoxluq təşkil edib.
Matç isə 0:0 hesabı ilə yekunlaşıb və mövsümün sonuna 2 tur qalmış bu iki komanda arasında xal fərqi 3 olaraq qalıb.
Qeyd edək ki, hazırda 24 oyunda 68 xalı olan “Şahdağ Qusar” 1-ci, “Şəfa” 65 xalla 2-cidir.
Qusar təmsilçisi növbəti matçda 2-ci liqada çempion olacaq.
Qeyd edək ki, bu iki komanda 1-ci liqaya vəsiqəni artıq təmin ediblər.