AZ

Barış Yılmaz "Qalatasaray"dan ayrıla bilər

Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Barış Yılmazın yay transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı var.

90deqiqe.Az "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı forvard karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Məlumata görə, futbolçunun xidmətində "Aston Villa" və "Vest Hem" kimi klublar maraqlıdır. Xüsusilə Avropa çempionatından sonra "Vest Hem"in Yılmazla danışıqlara başladığı iddia olunur.

Bununla yanaşı, İtaliya A Seriyasının aparıcı klublarından olan "Napoli"nin də gənc hücumçunu transfer siyahısına daxil etdiyi bildirilir.

"Qalatasaray" rəhbərliyi Barış Yılmaz üçün 35 milyon avro tələb edir. Lakin hələlik heç bir klubun 25 milyon avrodan yüksək təklif təqdim etmədiyi qeyd olunur.

Yılmaz bu mövsüm bütün yarışlarda 45 matçda forma geyinib, 12 qol vurub, 6 məhsuldar ötürmə edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr