AZ

Ukrayna İsraildən hava hücumundan müdafiə sistemi alacaq

​BAKI, 4 may. TELEQRAF

Ukrayna yay aylarında İsraildən bir ədəd “Patriot” hava hücumundan müdafiə sistemi alacaq.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Bundan əlavə, Almaniya və ya Yunanıstandan daha bir sistemin alınması da müzakirə olunur.

Nəşrin məlumatına görə, hazırda Ukraynanın istifadəsində olan 8 "Patriot" sistemindən 2-si təmirdədir.

Seçilən
0
teleqraf.com

1Mənbələr