"Mançester Yunayted"in futbolçusu Rasmus Hoylund karyerasını "Yuventus"da davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın "Calciomercato"ya istinadən verdiyi məlumata görə, Turin təmsilçisinin idman direktoru Kristian Qiuntoli artıq danimarkalı futbolçunun mümkün transferlə bağlı ilkin danışıqlara başlayıb.
Əvvəllər “Yuventus” “Mançester Yunayted”in digər futbolçusu Coşua Zirkzeni transfer etməkdə maraqlı idi, lakin futbolçu zədələndikdən sonra ona olan maraq azalıb.
22 yaşlı Hoylund bütün yarışlarda 47 oyun keçirib, 9 qol və 2 məhsuldar ötürmə edib. Transgermarkt portalı onun dəyərini 45 milyon avro qiymətləndirir.