Bu gün səhər saatlarında Tehrandan Məşhədə uçan "Çabahar" Hava Yollarına məxsus təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra ciddi texniki nasazlıq keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, təyyarə dərhal Mehrabad hava limanına qayıtmalı olub. Sərnişinlərdən birinin sözlərinə görə, mühərriklərdən biri sıradan çıxıb və təyyarə sürətlə yerə doğru gedib.
Sonda pilot bir mühərriklə təyyarəni idarə etməyə və Tehrana təcili eniş etməyə nail olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta