AZ

"Real" hücumçusu Rodriqo ilə bağlı qərar verib

Hücumçu Rodriqo yay transfer pəncərəsində "Real Madrid"i tərk edə bilər.

90deqiqe.Az-ın "Relevo"ya istinadən verdiyi məlumata görə, “kral” klubunun rəhbərliyi braziliyalı ilə ayrılmağa hazırdır və ona minimal qiymət qoyub.

“Qaymaqlılar” futbolçunun satışından ən azı 100 milyon avro qazanacağını gözləyir.

"Arsenal" və "Mançester Siti" Rodriqonu transfer etməkdə maraqlıdır.

Bu mövsüm braziliyalı Madrid nəhənglərinin heyətində 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Rodriqonun 2028-ci ilin ortalarına qədər Real Madrid ilə müqaviləsi var.

Seçilən
0
90deqiqe.az

1Mənbələr