AZ

"Şəfa" - "Şahdağ Qusar" matçını komandaların "tanış"ı idarə edəcək

Bu gün "Şəfa" 2-ci liqada 24-cü turun mərkəzi qarşılaşmasında “Şahdağ Qusar”ı qəbul edəcək.

Oyunun baş hakimi Emin Əliyevdi. "Football-plus.az" xəbər verir ki, ədalət təmsilçisi bu mövsüm həm “Şəfa”nın, həm də “Şahdağ Qusar”ın cəmi bir matçında iş başında olub.

Qusar təmsilçisinin 15-ci turda “Şimal”ın meydanında keçirdiyi qarşılaşma qonaqların 1:0 hesablı qələbəsiylə sona çatıb. "Şəfa"nın 18-ci turda evdə "Şəmkir"lə üz-üzə gəldiyi görüşdə isə meydan sahibləri qalib gəlib - 3:1.

Xatırladaq ki, birinci dövrədə baş tutan “Şahdağ Qusar” - "Şəfa" matçını (7:1) FİFA referisi Əliyar Ağayev idarə edib.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
0
football-plus.az

1Mənbələr