Azərbaycanın daha bir cüdoçusu "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
Düşənbə Böyük Dəbilqə turnirində -90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb.
Operativ Media xəbər verir ki, Elcan Hacıyev həlledici görüşdə qalib gələrək karyerasında ilk dəfə Böyük Dəbilqə turnirlərində çempionluq sevinci yaşayıb.
O, finalda Vüqar Talibova qalib gəlib.