AZ

AİB-in növbəti illik iclası Səmərqənddə keçiriləcək

Milan. Trend:

Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (AİB)59-cu illik iclası keçiriləcək.

Trend xəbər verir ki, tədbir3-6 may 2026-cı il tarixlərinə planlaşdırılır.

Qeyd edək ki, İtaliyanın Milan şəhərində Asiya İnkişaf Bankının(AİB) İdarəçilər Şurasının 58-ci illik iclası keçirilir.

Tədbir 4-7 may tarixlərində "Allianz MiCo - Milano ConventionCentre" konqres mərkəzində keçiriləcək.

Bu dəfəki görüşün mövzusu “Təcrübə mübadiləsi, sabahınqurulması” olaraq müəyyənləşdirilib. AİB-in illik görüşünə ilkdəfədir ki, İtaliya ev sahibliyi edir. Tədbirdə AİB-ə üzv ölkələrinmaliyyə nazirləri və mərkəzi bank rəhbərləri, beynəlxalqtəşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin və mediaqurumlarının nümayəndələri iştirak edirlər.

AİB-in İdarəçilər Şurasının illik görüşləri bankın inzibati,maliyyə və əməliyyat fəaliyyətinin strateji istiqamətlərininmüəyyənləşdirilməsi üçün bir platforma rolunu oynayır. Bu görüşlər,həmçinin üzv ölkələrin AİB əməkdaşları, qeyri-hökumət təşkilatları,media, müşahidəçi ölkələr, beynəlxalq təşkilatlar, akademikdairələr və özəl sektor nümayəndələri ilə qarşılıqlı fikirmübadiləsi aparmaları üçün imkan yaradır.

Seçilən
0
az.trend.az

1Mənbələr