Milan. Trend:
Asiya İnkişaf Bankı (AİB) növbəti 5-10 il ərzində illikkreditləşmə həcmini artırmağı planlaşdırır.
Trend xəbərverir ki, bunu bu gün Milanda keçirilən AİB-in 58-ci İllikToplantısında “Qloballaşma – davamlı inkişafın hərəkətvericiqüvvəsi kimi” adlı sessiyada çıxış edən AİB-in İqtisadiAraşdırmalar və İnkişafa Təsir Departamentinin baş iqtisadçısı vəbaş direktoru Albert Park deyib.
O, artan dayanıqlı inkişaf ehtiyaclarını ödəmək üçün bankınmaliyyələşdirməni artırmaq və qlobal tərəfdaşlıqları gücləndirməköhdəliyinə sadiq olduğunu vurğulayıb.
"Maliyyələşdirmə baxımından, hazırda tətbiq olunan yanaşma məhzbudur", - o bildirib. Park qeyd edib ki, beynəlxalq yardım vəhökumət büdcələrinin azalması fonunda çoxtərəfli inkişafbanklarının strategiyalarının dəyişdirilməsinə işarə etdi.
O bildirib ki, USAID kimi agentliklər bu yaxınlarda özfəaliyyətlərini bağlasalar və ya ixtisar etsələr də, çoxtərəfliinkişaf bankları öz səylərini gücləndirirlər. “Bütün çoxtərəfliinkişaf bankları banklara mövcud kapitallarından daha çox istifadəetməyə imkan verən kapital adekvatlığının qiymətləndirilməsisayəsində maliyyələşdirmə həcmlərini artırmağı planlaşdırır”, - oəlavə edib.
Park bildirib ki, AİB növbəti 5-10 il ərzində illikkreditləşməni təqribən 24 milyard dollardan 30 milyard dollaraçatdırmağı hədəfləyir. "Bu vəsaitlər bir çox vəzifələrin həyatakeçirilməsi üçün lazım olacaq", - deyən Park, iqliminmaliyyələşdirilməsinə artan diqqəti və özəl sektorun əsas rolunuqeyd etdi.
"Hər kəs başa düşür ki, çoxtərəfli inkişaf bankları vəhökumətlərdən alınan maliyyə həm iqlim dəyişikliyinin azaldılması,həm də uyğunlaşma ehtiyaclarını ödəmək üçün kifayət etməyəcək.Çoxtərəfli inkişaf bankları həmçinin özəl sektorun inkişafını vəözəl investisiyaların səfərbər edilməsini fəal şəkildədəstəkləyir”, - o bildirib.