AZ

MMU-nun komandası Bakı Marafonunda iştirak edib (FOTO/VİDEO)

Bakı. Trend:

Mayın 4-də Bakı şəhərində "Küləyə qalib gəl" şüarı altında BakıMarafonu - 2025 keçirilib.

Bu barədə Trend-ə MüdafiəNazirliyindən məlumat verilib.

İdmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzinitəbliğ etmək məqsədilə keçirilən marafonda peşəkar və həvəskaridmançılar, tanınmış ictimai-siyasi xadimlərlə yanaşı, MilliMüdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən HeydərƏliyev adına Hərbi İnstitutdan 25 nəfərdən ibarət heyət iştirakedib.

Start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanındaolan marafonda MMU-nun komandası 21 kilometrlik məsafəni inamla vəəzmlə qət edərək yarışa xüsusi ruh, intizam qatıb.

Tədbir boyunca gənc hərbçilər öz fiziki hazırlıqları vəvətənpərvərlik ruhları ilə diqqət çəkib. Marafona qatılmaqla onlarcəmiyyətə sağlam həyat tərzinin, mütəmadi idmanın və vətəndaşhəmrəyliyinin vacibliyini bir daha nümayiş etdiriblər.

Qeyd edək ki, MMU-nun tabeliyində fəaliyyət göstərən təhsilmüəssisələrinə sənəd qəbulu mayın 30-dək davam edəcək.

MMU-nun
MMU-nun
MMU-nun
MMU-nun
MMU-nun
Seçilən
0
1
az.trend.az

2Mənbələr