AZ

Rusiyanın "tərəfdaşlığı": sözdə dostluq, əməldə təhdid

Bakı. Trend:

1990-cı illərin əvvəllərindən başlayaraq, Rusiya özünü postsovetölkələri ilə “xüsusi münasibətlərə” sadiq dövlət kimi təqdim edir.Kreml ard-arda “strateji tərəfdaşlıq”, “slavyan qardaşlığı”,“Avrasiya birliyi” və “əsrlər boyu formalaşmış mədəni bağlar” kimiritorik formullu bəyanatlarla çıxış edir. Fəqət belə gurultulu,pafoslu bəyanatların arxasında aqressiv, impulsiv və öncədəntəxminolunmaz xarici siyasət elementləri mövcuddur.

Həmin siyasətsə sabiq sovet respublikaları ilə Moskva arasındaetimad körpülərini qurmaqdan daha çox onları sarsıtmaq məqsədigüdür.

Bu gün həmin ikili standartlar artıq göz önündədir:“tərəfdaşlıq” maskası altında Rusiya hədə-qorxu gəlmə,ayrı-seçkilik, kiberhücumlar, iqtisadi təzyiqlər, təxribatçıtəbliğat və hətta açıq-aşkar təhqirlərlə çıxış edir. Hədəfbəllidir: Kremlin hələ də öz “təsir dairəsi” hesab etdiyi ölkələrinvətəndaşları və rəsmi nümayəndələri.

Moskvada hava limanında saxlanılan və Həştərxana rəsmi səfərəburaxılmayan Azərbaycan Milli Məclisinin deputatı Azər Bədamovunbaşına gələn hadisə təbii ki, təsadüf deyil. Halbuki onun səfəriRusiya tərəfinin təşəbbüsü və razılığı ilə təşkil olunmuşdu. Bubiabırçı insident yalnız inzibati xaosu deyil, Rusiya ilə postsovetölkələri arasında mövcud olan sistemli böhranı - hörmətsizlik,etinasızlıq və Moskvanın artan ksenofobiyasını üzə çıxardı.

İki onillikdən artıqdır ki, Rusiya postsovet məkanında özünə xas“xüsusi münasibətlər arxitekturası” qurmağa çalışır. SSRİ-nindağılmasından sonra Kreml yeni inteqrasiya formatları təklif etdi:MDB, daha sonra Avrasiya Gömrük İttifaqı (AGİ), Avrasiya İqtisadiİttifaqı (Aİİ), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vəikitərəfli sazişlər. Kağız üzərində - tərəfdaşlıq, reallıqda isə -sərt nəzarət, tərəfdaşlara sürəkli təzyiqlər, onlara yuxarıdanaşağı baxmaq...

Moskva regionun “cazibə mərkəzi” roluna iddialıdır vəqonşularından sadiqlik tələb edir, lakin qarşılığında qarşılıqlıhörmət göstərmir. Postsovet ölkələrinin istənilən şəkildə müstəqilxarici siyasət yürütmək cəhdləri “xəyanət” kimi qəbul olunur vəaqressiv reaksiya doğurur - iqtisadi sanksiyalar və informasiyakampaniyalarından tutmuş daxili işlərə müdaxilə, hərbi təxribatlarvə hətta birbaşa hücumlara qədər: Gürcüstan (2008), Ukrayna (2014və 2022) və Moldova (Dnestryanı) buna sübutdur.

Azərbaycan parlamentinin üzvü Azər Bədamovun Həştərxandakeçirilən, ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlıtədbirdə iştirakı planlaşdırılmışdı. Bu tədbir Rusiya tərəfinintəşəbbüsü ilə keçirilirdi və Azərbaycanın rəsmi nümayəndə heyətininiştirakı həm xoş niyyət, həm də ortaq tarixə verilən dəyər kimiqiymətləndirilirdi.

Amma Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə daxil olandeputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və onaHəştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyəgirişinə qadağa qoyulduğu bildirilib.

Halbuki “Rusiyaya giriş qadağası” ilə bağlı əvvəlcədən heç birməlumat verilməmişdi. Bu diplomatik təhqir Azərbaycanda sadəcətəəccüb deyil, həm də haqlı qəzəb doğurdu. Hadisə nəinki protokolu,həm də beynəlxalq münasibətlərdə elementar etik qaydaları pozur -xüsusilə də Rusiya kimi “strateji tərəfdaş” kimi təqdim olunan ölkətərəfindən.

Bəs niyə məhz Azər Bədamov? Cavab açıq-aşkardır: o, bir müddətəvvəl Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycanxalqını təhqir edən açıqlamalarına qarşı sərt, lakin etik çərçivədətənqid səsləndirmişdi. Valuyevin fikirləri təkcə Azərbaycandadeyil, Rusiyanın özündə də sağlam düşüncəli şəxslər tərəfindənbirmənalı şəkildə rədd edilmişdi. Ancaq rəsmi Moskva nə üzr istədi,nə məsafə saxladı. Əvəzində - cəza, repressiya, sükut vəkinayə.

Bu isə artıq əməkdaşlıq deyil. Bu - siyasi qisasçılıqdır.

Çağdaş Rusiya artıq illərdir ki, postsovetölkələrinin vətəndaşlarının hüquqlarının ardıcıl şəkildə pozulduğubir ölkəyə çevrilib. Ən narahatedici məqam isə odur ki, bu prosesdövlətin susqun müşahidəsi və bəzən də dolayısı təşviqi iləmüşayiət olunur. Sosial şəbəkələrdə tüğyan edən ksenofobiya vəetnik şovinizm artıq qanunvericilikdə, miqrasiya siyasətində və gücstrukturlarının gündəlik fəaliyyətində açıq şəkildə əksini tapır.Bu ayrı-seçkiliyin ən bariz qurbanları isə Mərkəzi Asiya və CənubiQafqazdan olan əmək miqrantlarıdır.

Özbəkistan, Tacikistan və Qırğızıstandan olan milyonlarla insanRusiyada tikinti sahələrində, kommunal xidmətlərdə və logistikadaçalışır. Lakin onlar son vaxtlar daha çox təhqiredici yoxlamalara,kütləvi deportasiyalara və qəfil basqınlara məruz qalırlar. 2025-ciilin martında FSB-nin “terror təhlükələri” ilə bağlı verdiyinövbəti açıqlamadan dərhal sonra təkcə Moskva ətrafında 12 minəyaxın əmək miqrantı saxlanıldı. Heç bir hüquqi əsas göstərilmədənyüzlərlə insan məhkəmə qərarı olmadan ölkədən çıxarıldı.

Təsadüf deyil ki, bu praktika həmin ölkələrin hökumətləri özxarici siyasətlərini diversifikasiya etməyə başladıqdan sonrasistemli xarakter almağa başladı. Məsələn, 2025-ci ilin yanvarındaÖzbəkistan prezidentinin Pekinə etdiyi rəsmi səfərdən sonra Rusiyamətbuatında antimiqrant isteriyası baş qaldırdı və eyni vaxtdaMoskvada və Sankt-Peterburqda özbək diasporlarına qarşı kütləviyoxlamalar aparıldı.

Bu şəraitdə ayrı-seçkilik artıq məişət rasizminin deyil, siyasitəzyiqin bir alətinə çevrilib. Rusiya açıq şəkildə mesaj verir:Çinlə, Türkiyə ilə və ya Qərblə yaxınlaşma, hətta elementarmüstəqil qərarvermə cəhdi belə cəzalandırılacaq. Bu əməkdaşlıqdeyil - bu, vassal münasibətidir.

Bütün bu fonda Moskvanın milli icmalara qarşı selektivmünasibəti xüsusilə qabarıq nəzərə çarpır. Əgər azərbaycanlılara,qazaxlara və özbəklərə qarşı tez-tez repressiv yanaşma tətbiqolunursa, Rusiya ərazisindəki erməni diasporası bu tendensiyadankənarda qalır və demək olar ki, toxunulmaz statusa malikdir - özüdə Ermənistanla Moskva arasında münasibətlər gərginləşdiyi birvaxtda.

Rusiya daxilində fəaliyyət göstərən erməni ictimai təşkilatlarımisli görünməmiş dəstək alır. Onların liderləri mütəmadi olaraqRusiya hökumətinin yüksək rütbəli nümayəndələri ilə görüşür,maliyyə və siyasi baxımdan himayə olunur. Hətta Ermənistanın rəsmixətti getdikcə Qərbə - Avropa İttifaqı sammitlərində iştiraka,Rusiyanın əleyhinə beynəlxalq səsvermələrə və NATOinfrastrukturunun dəstəklənməsinə yönəlsə də, Rusiya ermənitəşkilatlarına toxunmur.

Bu seçim təsadüfi deyil. Rusiya erməni amilini Cənubi Qafqazdatəsir vasitəsi olaraq saxlamaqda maraqlıdır. Diasporaya göstəriləndəstək - bu, Kreml üçün siyasi “beşinci kolon”a yatırılansərmayədir. Ermənilər, kollektiv subyekt kimi, Rusiya üçün hələ dəvacib alətdir - istər Qarabağ məsələsində, istər İranda, istərSuriyada, istərsə də Livanda. Moskva onları regionda öz mövqeləriniqorumaq üçün fəal şəkildə istifadə edir.

Bunun fonunda azərbaycanlı deputatın saxlanılması sadəcəinsident deyil - bu, məqsədli siyasi mesajdır: Kreml özünü idarəetməyə çalışanları cəzalandırır, özünü istifadə etdirməyə razıolanları isə mükafatlandırır.

Bu ilin aprelində Azərbaycanın kibertəhlükəsizlik xidmətləridövlətin rəqəmsal infrastrukturuna qarşı həyata keçirilmişməqsədyönlü hücumların geniş miqyasını rəsmən təsdiqlədi. Zərərçəkmiş obyektlər sırasında bir neçə dövlət portalı, televiziyakanallarının serverləri, eləcə də enerji sektoruna bağlıkommunikasiya sistemləri yer alırdı.

Aparılan texniki araşdırmalar göstərdi ki, hücumlar Rusiyanınyurisdiksiyası altında olan hostinqlərlə əlaqəli IP ünvanlardanhəyata keçirilib. Hücumlarda istifadə olunan texniki alətlər dahaəvvəl Rusiya xüsusi xidmət orqanları - xüsusilə GRU iləəlaqələndirilmişdi. Moskva tərəfindən diplomatik səviyyədəsəssizlik qorunsa da, texniki izlər və sübutlar hücumunkoordinasiyalı şəkildə həyata keçirildiyini ortaya qoydu.

Bəs bu, əgər dövlətin suverenliyinə qarşı informasiya təcavüzüdeyilsə, nədir?

Kiberhücumlar - müasir dövrün “sakit müharibə” forması - Kremlinəlində rahat və anonim alətə çevrilib. Onlar nə müharibə elanınıtələb edir, nə açıq iz buraxır, lakin strateji cəhətdən ciddi ziyanvurur: etimadı sarsıdır, dövlət institutlarını zəiflədir və daxiligərginlik yaradır.

Beynəlxalq tribunlarda Rusiya hələ də “çoxqütblü dünya”,“ədalətli nizam” və “neokolonializmdən imtina” kimi şüarlarsəsləndirir. Lakin bu ritorikanın fonunda reallıq tamamilə əksistiqamətdə inkişaf edir. Moskva özü bu gün yeni dövrünkolonializmini həyata keçirir - qorxu, asılılıq və xaos üzərindənnəzarət.

Postsovet məkanında Rusiyanın diplomatiyası hələ də “parçala vəhökm sür” prinsipinə əsaslanır. Kreml etnik və siyasi ziddiyyətləriqızışdırır, radikal qrupları dəstəkləyir, medianı və sosialşəbəkələri manipulyasiya edərək ictimai rəyə təsir göstərir.

Rusiya dövlət mediası, Kremlə "sətiraltı itaət" göstərməkistəməyən ölkələrin hökumətlərini hədəfə alır. Bu baxımdan,Qazaxıstan bariz nümunədir: Prezident Tokayevin müasirləşmə vəçoxqütblü siyasət yürütmə səyləri - istər ABŞ-la, istər Çinlə,istərsə də Türkiyə ilə balans yaratma cəhdləri - dərhal “rusdünyasına təhdid” kimi qələmə verilir. Cavab isə gecikmir: rəsmimedia “nasisizm”, “rusofobiya” və hətta ölkənin şimalında“separatizm təhlükəsi” barədə xəbərləri tirajlayır.

2024-cü ilin fevralında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsusbir təyyarənin vurulması ilə nəticələnən faciəvi hadisə Bakı iləMoskva arasında münasibətlərdə ən təhlükəli siqnallardan birinəçevrildi. Lakin Kremlin reaksiyası - tam susqunluq oldu. Heç birüzr, heç bir rəsmi açıqlama.

Hadisənin ilk anlarından etibarən Rusiya strukturları açıqşəkildə “bilməməzlik” və “məlumatsızlıq” mövqeyi sərgilədi. Həttabir neçə yüksək rütbəli rəsmi “heç bir insidentdən xəbərdarolmadıqlarını” iddia etdi - baxmayaraq ki, hadisəninvideogörüntüləri, peyk şəkilləri və şahid ifadələri açıq şəkildəortada idi.

Amma bu susqunluğun özü də bir bəyanatdır. Bu, Rusiya tərəfindənnümayişkaranə şəkildə sərgilənən hörmətsizlikdir. Və buhörmətsizlik - şüurlu alçaltmadır.

Əgər bu cür hadisə Ermənistana və ya Belarusa qarşı başversəydi, Kreml dərhal reaksiya verərdi. Amma söhbət Azərbaycandangedirsə - Moskva sanki demək istəyir: “Cavab tələb etmək sizinhaqqınız deyil.” Bunu isə guya “strateji tərəfdaşlıq” çərçivəsindətəqdim etmək, açıq-aşkar ikiüzlülükdür.

Belə bir vəziyyətdə təbii sual doğur: bu gərginlik kiminmarağındadır? Cavab aydındır - Rusiyanın. Moskva hələ də CənubiQafqazda nəzarət alətlərini itirmək istəmir, Azərbaycanınbeynəlxalq subyektivliyini zəiflətmək, Türkiyə, İsrail və Qərbölkələri ilə əlaqələrini pozmaq istəyir. Bu isə artıq gizli deyil -açıq-aşkar təzyiq strategiyasıdır.

Zahirdə Rusiya Pravoslav Kilsəsinin başçısı patriarx Kirilin2025-ci ilin aprelində Azərbaycana səfəri sülh və xoş niyyət jestikimi təqdim olundu. Patriarx yüksək səviyyədə qarşılandı, Prezidentİlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşkeçirildi. Dialoqlarda dini tolerantlıq, pravoslav icmasına qayğı,qarşılıqlı hörmət və tarix boyu birgəyaşayışdan danışıldı.

Ancaq rəsmi və rəmzi səfərdən az müddət sonra Azərbaycandeputatı Azər Bədamovun Moskvada saxlanılması baş verdi. Buinsident təkcə etimad ab-havasını pozmadı - o, əslində, bütünxoşməramlı niyyətlərin altını xətt çəkdi.

Kirilin səfəri - vitrin idi. Bədamovun saxlanılması isə -Rusiyanın əsl niyyəti və siyasi davranış kodudur. Problem ondadırki, artıq bu ikili oyunlar işləmir - region ölkələri zahiri görüntüilə real mahiyyəti bir-birindən ayırmağı çoxdan öyrənib.

Rusiya hələ də israrla bəyan edir ki, postsovet məkanındasabitliyə, mehriban qonşuluğa və inteqrasiyaya çalışır. AmmaKremlin əməlləri - dağıdıcı davranış, imperial təkəbbür vəetimadsızlığı qızışdıran sistemli siyasətdən başqa bir şeydeyil.

Azər Bədamovun saxlanılması - sadəcə protokol pozuntusu deyil,açıq təhqirdir. Bu hadisə - lakmus kağızı kimi, Moskvanın artıqnəinki müttəfiqlərə, ümumiyyətlə, heç bir qonşunun suverenliyinə vələyaqətinə hörmət etmədiyini göstərir.

Miqrantlara qarşı ayrı-seçkilik, kiberhücumlar, erməniradikallarına açıq himayə, siyasi şantaj, vacib məsələlərəsəssizlik - bütün bunlar yeni bir reallıq formalaşdırır. Bureallıqda Rusiya sabitliyin zəmanətçisi deyil, sabitliyinpozucusudur.

Bu gün artıq aydındır: Rusiyanın təklif etdiyi “dostluq” -anlayışlara əsaslanan “dostluq”dur. Hədə-qorxu, alçaltma, qisas vəmanipulyasiya ilə bəzədilmiş dostluq. Lakin bu regionmüharibələrdən, işğallardan, təzyiqlərdən və təbliğatdan keçib.İndi o, immunitet qazanıb. Artıq sözlərə yox, əmələ baxır.

Əgər Rusiya bu xətti dəyişməsə - təkcə təsir dairəsini deyil,bütövlükdə öz nüfuzunu, hətta sadəcə “mədəni dövlət” kimi qəbulolunma şansını da əbədi itirə bilər.

Seçilən
0
50
az.trend.az

10Mənbələr