Azərbaycanın üç cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib və onlardan biri mütləq qızıl medal qazanacaq.
İdman.biz xəbər verir ki, Vüqar Talıbov və Elcan Hacıyevin qarşılaşacağı 90 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutacaq.
Həlledici görüşdə tacikistanlı Temur Rahimovla qarşılaşacaq Camal Qamzatxanov (+100 kq) da finala çıxıb.
Kənan Nəsibov (+100 kq) isə Özbəkistan təmsilçisi Utkirbek Turoboyevlə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bundan əvvəl azərbaycanlı Balabəy Ağayev (60 kq) artıq qızıl medal qazanıb.
İdman.biz