Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün “Bakı Marafonu 2025” keçirilib.

Offsideplus.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə təşkil olunan marafon üçün 28 minədək iştirakçı qeydiyyatdan keçib. 

2016-cı ildən keçirilən "Bakı Marafonu" 21 km-lik məsafəni əhatə edir. Marafonun start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olub.

QALİBLƏR

Kişilər:

1. Atac Sezgin (Türkiyə)

2. Vitali Şafar (Ukrayna)

3. Murat Emekdar (Türkiyə)

Qadınlar:

1. Natalya Semenoviç (Ukrayna)

2. Anna Yusupova (Azərbaycan)

3. Eriko Soma (Yaponiya)

Birinci yeri tutanlara 3 000, 2-ci yerin qaliblərinə 2 000, 3-cü yerin sahiblərinə isə 1 000 manat mükafat verilib. Həmçinin finiş xəttini keçən ilk 2000 iştirakçı "Bakı Marafonu 2025"in medalları ilə mükafatlandırılıb.