Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ lideri Donald Trampın ölkəyə Birləşmiş Ştatların qoşunlarının yerləşdirilməsi ideyasını rədd edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
“Xeyr, Prezident Tramp, ərazi toxunulmazdır, suverenlik toxunulmazdır, suverenlik satılmır”, – Şeynbaum paytaxtın Teskoko rayonunda universitetin açılışında çıxışı zamanı deyib.
O vurğulayıb ki, Meksika ilə ABŞ arasında əməkdaşlıq mümkündür, ancaq hər bir ölkə öz ərazisində işləsə.
Mayın 3-də “Reuters” agentliyi ABŞ-nin Meksika sərhədi boyunca yeni hərbi zonanın yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib. Jurnalistlərin məlumatına görə, yeni hərbi zonanın uzunluğu 102 km-dir, Texas və Nyu-Meksiko ştatlarının sərhədlərindən şərqdə, El-Paso bölgəsindəki ərazini əhatə edir.