“Bayern”in baş məşqçisi Vensan Kompani Münhen klubunun cari mövsümdə çempionluq imkanı ilə bağlı sualı cavablayıb.
Arena.az məlmat verir ki, “Bayern” Bundesliqanın “Leypsiq”lə 32-ci tur səfər oyununda 3:2 hesablı üstünlüyünü 90+5-ci dəqiqədə əldən verərək, çempionluğunu rəsmiləşdirə bilməyib.
Vensan Kompani matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyundan sonra məşqçilər qərargahında bizim, bu məsələ ilə bağlı müzakirəmiz oldu. Mən o kəslərdənəm ki, çempionluğu qazana bilməyəcəyimizin 0,1% ehtimalı olduğunu deyirəm, odur ki, biz öz işimizi axıra qədər icra etməliyik. Amma heç də hamımız bu fikirdə deyilik. Mən bilirəm ki, biz çempionluğa çox yaxınıq, amma mən diqqətimizi cəmləmək və yerdə qalmış iki oyunu da qazanmaq istəyirəm”, – “Bayern”in mətbuat xidməti belçikalı mütəxəssisdən sitat gətirir.
32 oyundan 76 xalla “Bayern” Almaniya Bundesliqasının yarış cədəvəlinə başçılıq edir. 31 oyunda 67 xalla 2-ci pillədə qərarlaşmış Leverkuzen “Bayer”i isə çempionluğua kağız üzərində, riyazi şərtlər daxilində iddialıdır. “Leypsiq” 50 xalla 6-cı pillədə qərarlaşıb.