Rusiyanın Xalq artisti Aleftina Evdokimova 85 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, aktrisanın ölümünün səbəbi açıqlanmayıb.
Xalq artisti ilə vida mərasiminin yeri və vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, aktrisa 1992-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
O, həmçinin 4-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Şərəf” ordeni, “Dostluq” ordeni, “Əmək veteranı” medalı, “Moskvanın 850 illiyi xatirəsinə” medalı ilə təltif edilib.