Bakı. Trend:
Bu mənim Bakı marafonunda ilk iştirakım idi və qaliblərsırasında yer aldığıma görə çox şadam.
Bu barədə Trend-əbu gün “Bakı Marafonu 2025”in Yaponiyadan olan bürünc medalçısıErikо Soma bildirib.
“Mən Bakıya ilə dəfədir gəlirəm. Bu mənim Bakı marafonunda ilkiştirakım idi və qaliblər sırasında yer aldığıma görə çox şadam.Çox küləkli idi, amma insanlar mənə ruh yüksəkliyi verirdilər,onlara çox minnətdaram. Bakı memarlıq baxımından çox gözəldir,insanları isə çox qonaqpərvər və mehribandır, mətbəxi isə çoxdadlıdır. Bu şəhəri sevdim!” – deyə yaponiyalı idmançı finişdəsöyləyib.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “BakıMarafonu 2025” baş tutub.
“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025”üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib.Marafon 21 kilometr məsafəni əhatə edib.