İtaliyanın “Yuventus” klubu Ueston Makkeni ilə yeni müqavilə imzalamağa yaxındır.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat paylaşıb.
26 yaşlı amerikalı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2028-ci ilin ortalarına qədər olacaq. Onun müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunda başa çatacaq.
Qeyd edək ki, U.Makkenni cari mövsüm 40 matçda iştirak edib, 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub. 34 turdan sonra "Yuventus" A Seriyasında 62 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
"Cebheinfo.az"