Bakı. Trend:
İldən-ilə Bakıya marafonda iştirak etmək üçün xaricdən gələninsanların sayı artır.
Bu barədə Trend-əbu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025”çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasınıngənclər və idman naziri Fərid Qayıbov deyib.
"Artıq biz dördüncü dəfədir marafonda iştirak edirik. Özrekordumuzu qıra bilmədik. Buna görə də daha çox məşq etməliyik.Gələn il artıq beşinci dəfə olacaq. Həmin yubiley qaçışımızdaçalışacağıq ki, rekordumuzu təzələyək. İldən-ilə iştirakçılarınsayı artır, finişə çatanların sayı artır. Bu yaxşı bir haldır.Bundan əlavə, ildən-ilə Bakıya marafonda iştirak etmək üçünxaricdən gələn qonaqların sayı artır. Marafon çox uğurlu təşkilolunub", - o bildirib.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “BakıMarafonu 2025” baş tutub. “Küləyə qalib gəl” şüarı altındakeçirilən “Bakı Marafonu 2025” üçün bu il rekord sayda — 28 minədəkiştirakçı qeydiyyatdan keçib. Marafon 21 kilometr məsafəni əhatəedib.