AZ

İraqın şimalından acı xəbər: Türkiyə əsgəri şəhid oldu

İraqın şimalında həyata keçirilən “Pəncə-Hakurk” antiterror əməliyyatı bölgəsində aparılan axtarış-tarama fəaliyyəti zamanı əldəqayırma partlayıcı qurğunu (EPQ) tapdalayan Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Uzman Çavuş Öndər Özen ağır yaralanıb.

Tribunainfo.az xəbər verir ki, hadisədən dərhal sonra xəstəxanaya çatdırılan əsgər, həkimlərin bütün səylərinə baxmayaraq şəhid olub.

Türkiyə Milli Müdafiə Nazirliyi başsağlığı verərək bildirib:

“Bizləri dərindən kədərləndirən bu hadisədə şəhid olan əziz əsgərimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbir diləyirik”.

İmran Kərimli

Seçilən
0
tribunainfo.az

1Mənbələr