AZ

Ukraynalı Nataliya Semyonoviç üçüncü dəfə Bakı marafonunun qalibi oldu

Bakı. Trend:

Bakı marafonunun qalibi olmaq artıq üçüncü dəfədir ki, mənimüçün reallaşır – bu, möhtəşəmdir, özümü çox xoşbəxt hissedirəm.

Trend-inməlumatına görə, bunu qadınlar arasında birinci yeri tutanukraynalı idmançı Nataliya Semyonoviç jurnalistlərə bildirib.

“Hava şəraiti əla idi, küləyə də qalib gəldim. Mən altıncısinifdən məşq edirəm, idman həyatımın mənasına çevrilib və bununbəhrəsini görürəm. Nəticə əldə etmək üçün daim ciddi şəkildə məşqetmək lazımdır”, – deyə qalib bildirib.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “BakıMarafonu 2025” start götürüb. İştirakçılar Bayraq meydanındanyarışa başlayıblar.

“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025”üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib.Marafon 21 kilometr məsafəni əhatə edəcək.

Seçilən
0
3
az.trend.az

4Mənbələr