AZ

Bakı marafonu ənənəvi olaraq ən yüksək səviyyədə təşkil olunub – Eduard Məmmədov

Bakı. Trend:

Bakı marafonu ənənəvi olaraq ən yüksək səviyyədə təşkilolunub.

Bu barədə Trend-ə28 qat dünya çempionu, Azərbaycan Kikboksinq Federasiyasınınvitse-prezidenti, polkovnik-leytenant Eduard Məmmədov bildirib.

“Burada əsl idman bayramı, sağlam həyat tərzinin təbliği vəbeynəlxalq həmrəyliyin hökm sürdüyü gözəl bir ab-hava var. Çünkimarafonda bir çox ölkənin nümayəndələri iştirak edir. Sevindiricihaldır ki, marafonda yalnız idmançılar deyil, müxtəlif sahələrinnümayəndələri də iştirak edirlər. Bu isə yarışa olan böyük maraqdanxəbər verir. Qoy ən güclü qalib gəlsin!”, – deyə dünya şöhrətliidmançı bildirib.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “BakıMarafonu 2025” start götürüb. İştirakçılar Bayraq meydanındanyarışa başlayıblar.

“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025”üçün bu il rekord sayda — 28 minədək iştirakçı qeydiyyatdan keçib.Marafon 21 kilometr məsafəni əhatə edəcək.

Seçilən
0
1
az.trend.az

2Mənbələr