AZ

Luis Enrike PSJ-nin ardıcıl 2-ci məğlubiyytini şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 32-ci turunda keçirilmiş “Strasbuq”la səfər oynunda 1:2 hesablı məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, bu, PSJ-nin Fransa çempionu qismində yerli liqada ardıcıl ikinci məğlubiyyətidir.

Buna qədər Fransa nəhəngi 31-ci tur çərçivəsində evdə “Nitsa”ya 1:3 hesabı ilə məğlub olmuşdu.

Luis Enrike qarşılaşmadan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Düşünürəm ki, bu, növbəti mövsümdə Çempionlar Liqasında iştirak etməyə can atan iki komandanın çox gərgin oyunu idi. Biz oyuna dörd gənc oyunçumuzla başladıq və fikrimcə, yaxşı oyun nümayiş etdirirdik. Mən gənc oyunçularımıza görə fəxr edirəm, onlar öz bacarıqlarını nümayiş etdirdilər. Bu komandaya, “Strasburq”a qarşı oynamaq asan deyil – onlar çoxlu keyfiyyətlərə və təcrübəyə malikdirlər. Biz çox yaxşı oyun keçirdik, amma təəssüf ki, istədiyimiz nəticəyə müvəffəq ola bilmədik. İndi bizə bərpa olmaq və Çempionlar Liqasının çərşənbə günü keçiriləcək oyununa hazırlaşmaq gərəkdir”, – PSJ-nin rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

32 oyundan 78 xalla PSJ Fransa Liqa 1-in yarış cədvəlinə başçılıq edir, Fransa nəhəngi cari mövsümün çempionluğunu erkən surətdə təmin edib. “Strasburq” isə 57 xalla 5-ci pillədədir.

Seçilən
0
arena.az

1Mənbələr