AZ

"Real"ın yayda satmaq istədiyi futbolçu kimdir?

style='margin-bottom:10px;'>

"Real" bu yay futbolçusu Rodriqo Qoesi satmağı planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid klubu braziliyalı futbolçu üçün start qiymətini 100 milyon avro müəyyən edib. Rodriqo ilə “Mançester Siti” və “Arsenal”ın maraqlandığı bildirilir. 24 yaşlı hücumçunun yayda "Real"a baş məşqçi təyin ediləcəyi gözlənilən Xabi Alonso ilə söhbət etmək, komandadakı rolunu öyrənmək istədiyi, bundan sonra qərarın veriləcəyi vurğulanır.

Qeyd edək ki, bu mövsüm "Real"da Rodriqo bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı iş müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Seçilən
0
5
teleqraf.com

6Mənbələr