AZ

Messi qol həsrətinə son qoydu - VİDEO

"İnter Mayami" MLS-də növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, 11-ci tur çərçivəsində "Nyu York Red Bulls"la qarşılaşan Mayami təmsilçisi böyük hesablı qələbə qazanıb - 4:1. 

Matçda son nöqtəni Argentina millisinin ulduz hücumçusu Lionel Messi qoyub. O, 67-ci dəqiqəsində qol vuraraq hesabı 4:1-ə çatdırıb. 
 

Bununla da Messi qol həsrətinə son qoyub. O, aprelin 10-dan bəri ilk qoluna imza atıb. 37 yaşlı forvard bundan əvvəlki 4 oyunda fərqlənə bilməmişdi. 

Lionel Messi bu mövsüm bütün yarışlarda keçirdiyi 14 matçda 9-cu qoluna imza atıb. "Qızıl top"un səkkizqat qalibinin hesabında 3 məhsuldar ötürmə də var. 

Seçilən
0
fanat.az

1Mənbələr