ABŞ milli futbol liqasında (MLS) “İnter Mayami” evdə “Nyu-York Red Bullz”u qəbul edib.
KONKRET.az xəbər verir ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:1.
“İnter Mayami”nin heyətində Fafa Piko, Marselo Veyqandt, Luis Suares və Lionel Messi qol vurublar.
Bununla da “İnter Mayami” son üç oyunda ikinci qələbəsini qazanıb.
Komanda 21 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.