AZ

Kiyevə dron hücumları nəticəsində 10-dan artıq şəxs xəsarət alıb

Kiyev, 4 may, AZƏRTAC

Ötən gecə Rusiya dronlarının hücumu nəticəsində Kiyevdə yaralananların sayı artıb. İndiyədək 10-dan artıq şəxsin xəsarət aldığı məlum olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Facebook səhifəsi məlumat yayıb.

"Kiyevdə yaralıların sayı 2-si uşaq olmaqla 11 nəfərə çatıb", deyə məlumatda bildirilir.

Obolon, Svyatoşin və Şevçenko rayonlarında PUA-ların qalıqlarının düşməsi nəticəsində yanğınlar və bəzi dağıntılar qeydə alınıb. Dronlardan biri çoxmərtəbəli binada yanğına səbəb olub. Həmçinin, paytaxtın ticarət mərkəzlərindən birinə ziyan dəyib. Yanğın söndürülüb. 10-a yaxın avtomobil yanaraq yararsız hala düşüb.

Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, mayın 4-ə keçən gecə Rusiya Ukrayna ərazisinə ümumilikdə 165 zərbə dronu ilə hücum edib. Hava hücumu nəticəsində Kiyev, Xarkov, Dnepropetrovsk, Çerkassı vilayətləri ziyan görüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
0
1
azertag.az

2Mənbələr