Ukrayna aviasiyası Baxmutda Rusiya Silahlı Qüvvələrinin 6-cı motoatıcı diviziyasının komanda məntəqəsini vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından məlumat verilib.
“Zərbə nəticəsində rusların Pokrovsk istiqamətində nəzarəti həyata keçirmək qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb", - məlumatda qeyd olunub.
İtkilər barədə məlumat verilməyib.