BAKI, 4 may. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski bəzi Qərb ölkələrinin atəşkəs razılığı əldə edildikdən sonra Kiyevi Moskvaya qarşı tək buraxa biləcəyini bildirib.
Teleqraf "İnterfaks-Ukraina"ya istinadən xəbər verir ki, Zelenski konkret hansı ölkələrdən danışdığını açıqlamayıb. Lakin onun fikrincə, Avropa regionda bir çox məsələlərin bir-biri ilə bağlı olduğunu nəzərə alaraq Ukraynanın yanında olacaq.
Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukrayna ilə bağlı sülh danışıqlarında vasitəçi rolunu dayandırmağı düşünə biləcəyini vurğulamışdı. ABŞ Rusiya və Ukraynanı münaqişənin həlli üçün konkret təkliflər təqdim etməyə çağırmışdı.