AZ

Messi və Suaresin qolları qələbə qazandırdı

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Nyu York Red Bullz” ilə qarşılaşıb. 5 qolun vurulduğu matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 4:1.

“İnter Mayami”də Pikolt, Veyqantd, Luis Suares və Lionel Messi fərqlənib. Qonaqların yeganə qoluna Sofo imza atıb.

“İnter Mayami” 10 turdan sonra 21 xalla 4-cü sıradadır.

 

Seçilən
0
futbolpress.az

1Mənbələr