AZ

Lopetegi Qətərdə qərar tutdu

Xulen Lopeteginin yeni iş yeri müəyyənləşib. Tanınmış ispaniyalı mütəxəssis bundan sonra Asiyada işləyəcək.

"Football-plus.az" xəbər verir ki, Lopeteginin Qətər yığmasına baş məşqçi kimi təyinatı rəsmiləşib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

58 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb. Qətər yığması DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını İrana və Özbəkistana qarşı keçirəcək. Matçlar müvafiq olaraq iyunun 5-də və 10-da oynanılacaq. Lopeteginin yeni komandası 8 turdan sonra A qrupunda 10 xalla İran (20), Özbəkistan (17) və BƏƏ-dən (13) sonra 4-cü yeri tutur.

Qeyd edək ki, Lopeteginin sonuncu iş yeri 2024/25 mövsümündə çalışdırdığı “Vest Hem” olub. O, bundan əvvəl “Rayo Valyekano”, “Portu”, “Real”, “Sevilya” və “Vulverhempton”a, həmçinin 2016-18-ci illərdə İspaniya yığmasına başçılıq edib.

Seçilən
0
football-plus.az

1Mənbələr