AZ

İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib

İranda

İranın cənub-şərqində yerləşən Sistan-Bəluçistan əyalətində baş verən güclü qum və toz fırtınası nəticəsində son beş gün ərzində 1,362 nəfər tənəffüs və ürək-damar problemləri səbəbilə xəstəxanalara müraciət edib [1] . Ən çox təsirlənən bölgələr arasında Zabul, Zahek, Hamun, Hirmend və Nimruz şəhərləri qeyd olunur .Əyalət rəsmilərinin bildirdiyinə görə, bu şəxslərdən 111-i stasionar müalicəyə qəbul olunub, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb . Fırtına nəticəsində havadakı toz miqdarının artması səbəbilə görüş məsafəsi bəzi bölgələrdə 500 metrə qədər azalıb.Səhiyyə orqanları, xüsusilə tənəffüs və ürək-damar xəstəlikləri olan şəxslərə, yaşlılara və uşaqlara fırtına davam etdiyi müddətdə açıq havaya çıxmamağı və qoruyucu maskalardan istifadə etməyi tövsiyə edir.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO

Azərbaycanın təbii və mədəni irsi - VİDEO

🌸 Yazın Sonuna Qədər Bu 4 Bürcü Sevgi Alovlandıracaq!

Seçilən
0
ulusum.az

1Mənbələr