BAKI, 4 may. TELEQRAF
Meksikalı məşhur boksçu Saul Alvares kubalı Uilyam Skallı məğlub edərək orta çəki üzrə dünya çempionu titulunu qazanıb.
Teleqraf xəbər verir ki, Ər-Riyad şəhərində baş tutan döyüş 12 raund davam edib.
Qeyd edək ki, 34 yaşlı Saul Alvares rinqə çıxdığı 67 döyüşün 63-də qələbə qazanıb. 32 yaşlı Uilyam Skall isə karyerasında ilk məğlubiyyətini alıb.