Formula 1-də mövsümün 6-cı yarışı Mayamidə təşkil olunur.
Offsideplus.az xəbər verir ki, dünən baş tutan təsnifat mərhələsində "Red Bull"un pilotu Maks Ferstappen hamıdan sürətli olub. O, ardıcıl 2-ci polunu qazanıb.
2-ci yeri Lando Norris, 3-cü yeri isə Kimi Antonelli tutub. Çempionatın lideri Oskar Piastri isə bugünkü yarışa 4-cü yerdən start götürəcək.
Əlavə edək ki, dünən sprint yarışı da baş tutub. Yağış altında keçən mübarizədə "Maklaren" pilotu Lando Norris hamını qabaqlayıb. Onun komanda yoldaşı Oskar Piastri 2-ci olub. "Ferrari" üçün mübarizə aparan Lyuis Hemilton isə podiumu tamamlayıb.