ABŞ-ın qərbində yerləşən Texas ştatında 5,4 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb .
Bildirilib ki, yeraltı təkanlar saat 01:47-də (Bakı vaxtı ilə 05:47) 115 min nəfərdən çox əhalisi olan Amerikanın Odessa şəhərindən 185 km qərbdə baş verib. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.