BAKI, 4 aprel. TELEQRAF
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə qoşulacaq.
Teleqraf xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov 1/8 final mərhələsində gürcüstanlı Nikoloz Davladze, Elcan Hacıyev isə tacikistanlı Müzamir Karimzoda ilə qarşılaşacaq.
+100 kq-da Camal Qamzatxanov 1/8-də Dünya Cüdo Birliyi (IJF) bayrağı altında mübarizə aparan Artyom Zolotuxin, Kənan Nəsibov isə tacikistanlı Rahmatullo Mirzoyevlə üz-üzə gələcək.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.