AZ

ABŞ-də zəlzələ oldu

BAKI, 4 may. TELEQRAF

ABŞ-nin qərbində yerləşən Texas ştatında 5,4 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 01:47-də 115 min nəfərdən çox əhalisi olan Odessa şəhərindən 185 km qərbdə baş verib. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Seçilən
0
5
teleqraf.com

10Mənbələr