AZ

“İnter”in kapitanı “Barselona” ilə görüşü buraxacaq

BAKI, 4 may. TELEQRAF

“İnter”in kapitanı Lautaro Martines UEFA Çempionlar Liqasının (ÇL) “Barselona” ilə təkrar yarımfinal oyununda iştirak etməyəcək.

Teleqraf “Sky Italia” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı argentinalı hücumçuya əzələ gərginliyi diaqnozu qoyulub. Futbolçu “Barsa” ilə 3:3 hesabı ilə başa çatan ilk oyunda zədələnib.

Qeyd edək ki, Milan klubu mayın 6-da ÇL-in yarımfinal mərhələsinin cavab oyununda Kataloniya təmsiçisini qəbul edəcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr