BAKI, 4 may. TELEQRAF
Mayın 4-nə keçən gecə Rusiya ordusu Kiyevə zərbələr endirib.
Teleqraf “RBC-Ukrayna”ya istinadən xəbər verir ki,dronların hücumu nəticəsində şəhərin üç rayonunda dağıntılar və yanğınlar qeydə alınıb.
Məlumata görə, azı 7 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır.
Həlak olanlar barədə məlumatlar dəqiqləşdirilir.