BAKI, 4 may. TELEQRAF
Zahiri soyuqqanlılığımın və təmkinimin altında tez-tez kimisə yumruqlamaq istəyi var. Lakin bu impulslarla mübarizə aparıram.
Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinlə söhbətində deyib.
Jurlanist Putinin Kremldəki mənzilinə baş çəkib. Prezidentin Çin lideri Si Cinpin və ABŞ-nin keçmiş prezidenti Bill Klintonu qəbul etdiyi qonaq otağını lentə alıb.
Otaqda açıq rəngli kreslolar və güzgünün qarşısındakı masada Putinin tez-tez dövlət fəaliyyətini təriflədiyi imperator III Aleksandrın portreti var.
Prezident Zarubinə mətbəxdəki soyuducuda nə olduğunu göstərib. Çəkilişlər aparılarkən ölkə başçısının mətbəxindəki stolun üstündə banan, bal və ədviyyatlar olub.
Putinin mənzilində dövlət başçısının arabir musiqi çaldığı ağ piano da var. Putinin sözlərinə görə, son üç ildə Kremldəki mənzil onun əsas yaşayış yerinə çevrilib.
Prezident gündəlik işindən də danışıb. Zəngli saatdan istifadə etmədiyini qeyd edib. Putinin özü təyin olunmuş vaxtda oyanır və yalnız nadir hallarda adyutantların köməyinə müraciət edir. O, Rusiya Federasiyasının lideri olduğuna görə heç vaxt peşman olmadığını da vurğulayıb.